Soçi şəhərinin mərkəzi rayonunda, Donskaya küçəsi ünvanında yerləşən beşmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsindəki eyvanın uçması barədə xəbər verilib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, balkon uçsa da amma evin uçma təhlükəsi yoxdur.
Regional prokurorluğun məlumatına görə, uçqun zamanı iki nəfər ölüb, daha biri isə xəstəxanada...ölüm ayağındadır.
“İlkin olaraq eyvanın plitəsi uçub, bu zaman eyvan üzərində üç nəfər olub. İlkin məlumata görə, iki nəfər ölüb, biri isə xəstəxanadadır. Soçi şəhəri və Soçi Mərkəzi Dairəsinin prokurorluğu səbəb və şəraitlə bağlı yoxlama təşkil edib. Hadisə ilə bağlı Mərkəzi Rayon Prokurorluğunun rəhbərliyi hadisə yerinə gedib”.
Bunu Soçi şəhər Mərkəzi Rayon Prokurorluğu yayıb.
Qeyd edək ki, Krasnodar diyarı prokurorluğunun mətbuat xidməti evin 1958-ci ildə tikildiyini bildirsə də, şəhər rəhbərliyi evin qəzalı olmadığını bildirib.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB