Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan SİA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Nazim Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə aid evə baxış keçirilən zaman ümumi çəkisi 766 qram narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb.
Faktla bağlı Quba RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Nazim Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB