Noyabrın 4-də Tbilisinin tarixi hissəsində, “Kükürdlü hamamlar” kompleksinin yaxınlığındakı ikimərtəbəli yaşayış binası uçub.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, Tsurtaveli küçəsində yerləşən həmin binada qeydiyyatda olan 5 ailədən heç kim xəsarət almayıb.
Qəzalı vəziyyətdə olan yaşayış binasının uçmasının dəqiq səbəbi hələlik məlum deyil.
Rayon rəhbərliyi ailələrə müvəqqəti olaraq hotellərdə yaşamağı təklif edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB