Tərtərin Talış kəndində sursat aşkarlanıb

Tərtərin Talış kəndində sursat aşkarlanıb

Tərtər rayonunun Talış kəndində sursat aşkarlanıb.

Bu barədə SİA-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları Talış kəndi ərazisində xidmətdə olarkən 2 640 ədəd 7 62 çaplı patronlar aşkar edərək götürüblər.

Araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə