Mikroavtobus yaşlı kişini vuraraq öldürdü

Mikroavtobus yaşlı kişini vuraraq öldürdü

Goranboyda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun Dəliməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb. Hərəkətdə olan “Mercedes Vito” markalı mikroavtobus yolu qarşı tərəfə keçmək istəyən 1948-ci il təvəllüdlü kişini vurub. Yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə