Bakı-Quba-Rusiya yolunda avtomobil aşıb - xəsarət alan var

Bakı-Quba-Rusiya yolunda avtomobil aşıb - xəsarət alan var

Bakı-SDK (Bakı-Quba-Rusiya yeni avtomobil yolu) yolunda avtomobil aşıb, sürücü xəsarət alıb. SİA-nın məlumatına görə, 1971-ci il təvəllüdlü Həmidov Xəqani Nəsib oğlunun idarə etdiyi minik avtomobili yol kənarındakı maneəyə çırpılaraq aşıb.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona kəllə-beyin travması və bədənin müştərək travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə