Noyabrın 1-də saat 20 radələrində Yevlax rayonunun Malbinəsi kəndi ərazisində rayon sakinləri P.Məhərrəmovun idarə etdiyi “VAZ-2106” və S.Səfərovun sürdüyü “Nissan” markalı avtomobillər toqquşub. SİA xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, qəza nəticəsində P.Məhərrəmovun sərnişini olan anası Həqiqət Məhərrəmova hadisə yerində ölüb, özü və iki sərnişini xəstəxanaya yerləşdiriliblər.
Həmin gün saat 19 radələrində Yevlax rayonunun Yuxarı Qarxun kəndi ərazisində şəhər sakini M.Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən kənd sakini İsrəfil Gülalıyevi vurub.
Qəza nəticəsində piyada hadisə yerində ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB