Şəkidə ana və azyaşlı övladını avtomobil vurub. SİA-nın məlumatına görə, hadisə bu gün səhər saatlarında şəhərin M.F.Axundov prospektində baş verib. Belə ki, rayon sakini Tural Məmmədov idarə etdiyi “VAZ-2107” markalı minik avtomobili ilə hərəkətdə olarkən şəhər sakinləri 34 yaşlı Nahidə Rəhimovanı və onun 7 yaşlı övladı Yağmuru vurub.
Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan ana və qızı Şəki Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyətləri orta-ağır qiymətləndirilir. Hadisə Nahidə Rəhimova övladını məktəbə aparan zaman baş verib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB