Restoran biznesi ilə məşğul olan və bir sıra şirkətlərin təsisçisi, sahibkar Artem Aslanyan Moskvanın elit yaşayış kompleksi “Vorobyevı Qorı”da özünü güllələyib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “Mash” yazır.
Qeyd edilir ki, o, “İstanbul Kabab”, “Bluefin Moskva Siti”, “Moskva Food”, “Kursk Square”, “Park Management” kimi şirkətlərin qurucusu olub.
İş adamı özünü öldürməzdən əvvəl anasına mesaj yazaraq guya hər şeydən yorulduğunu və “həddindən artıq miqdarda narahatlıq topladığını” bildirib
Verilən xəbərlərə görə, 39 yaşlı Aslanyanın meyitini qapıçı tapıb. İlkin məlumatlara görə, intihara biznesdəki fəsadlar səbəb olub.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB