Oğuzda əczaxana yanıb

Oğuz rayonunun Xaçmaz kəndində ümumi sahəsi 42 m² olan əczaxananın yanar konstruksiyaları və içərisindəki dərman preparatları yanıb.

Fövqəladə Hallar Nazirliyindən SİA-ya bildirilib ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə