Konqo Demokratik Respublikasının paytaxtının ən böyük stadionunda - Kinşasa şəhərində konsert zamanı izdiham nəticəsində biri polis olmaqla azı 11 nəfər həlak olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu ölkənin baş nazirinin müavini, daxili işlər, təhlükəsizlik və ənənəvi hüquq naziri Daniel Aselo Okito Vankoy deyib.
“...Əldə olunan məlumata görə, baş verənlərdə konsertin təşkilatçıları günahkardır. İzdiham olub və insanlar boğulub", - deyə Konqonun "Actualite" xəbər portalı onun sözlərindən sitat gətirib.
Rəsmi faciəyə görə məsuliyyət daşıyanların cəzalandırılacağı gözlənilir.
Xatırladaq ki, faciə müğənni Felli İpupunın konsertində yaşanıb. Belə ki, 80 000 tamaşaçı tutumlu stadiona – konsertə baxmağa həddindən artıq adam gəlib. Belə ki, səhnəyə yaxınlaşmaq istəyən kütlənin təzyiqini polis saxlaya bilməyib və izdiham yaranıb.
Nazlı Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB