Tələsik tikilən asma körpü uçub

Tələsik tikilən asma körpü uçub

Hindistanda asma körpünün uçması nəticəsində bir neçə yüz nəfər çaya düşüb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə yerli “Zee News” telekanalı məlumat yayıb.

Hadisə Hindistanın qərbində, Qucarat ştatının Morbi şəhərində baş verib və hadisə şahidləri tərəfindən videoya çəkilib. Körpünün uçması nəticəsində 500-dən çox insan Maççu çayına düşüb. Qeyd olunur ki, ərazidə elektrik enerjisi yoxdur və bu, xilasetmə xidmətlərinin işini xeyli çətinləşdirir.

Hələlik ölənlərin sayı barədə məlumat verilmir. Səlahiyyətlilər bildirirlər ki, suyun səviyyəsi çox da yüksək deyil, ona görə də insan tələfatı ehtimalı çox azdır.

Qeyd edək ki, körpünün 6 ay əvvəl seçkilərlə bağlı açıldığı iddia edilir. Yerli hüquq-mühafizə orqanlarının məlumatına görə, onun tikintisi tələsik aparılıb.

Eyni zamanda, həftə sonları və digər bayramlarda körpünün üzərinə böyük izdiham toplanırmış.

Yeri gəlmişkən bənzər hadisə… sentyabr ayında Konqo Demokratik Respublikasında “möhtəşəm açılış” mərasimi zamanı körpü uçmuşdu.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə