Yanğınla əlaqədar pasiyentlər təxliyə edilib

Yanğınla əlaqədar pasiyentlər təxliyə edilib

Bakı Sağlamlıq Mərkəzində baş verən yanğınla əlaqədar pasiyentlər və işçilər təxliyə olunublar. SİA-nın hadisə yerində olan müxbiri xəbər verir ki, yanğınla əlaqədar binaya elektirik verilişi dayandırılıb.

Hazırda ağır xəstəliyi olan pasiyentlər müxtəlif özəl klinikalara yerləşdirilir. Hadisə ilə bağlı FHN ikinci dərəcəli çağırış elan edib.

Əraziyə 10-a yaxın yanğınsöndürən avtomobil cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə