Volqoqradda beş yaşlı uşaq bir gün əvvəl aldığı qarpızı yedikdən sonra ölüb. Rusiya Federasiyası İstintaq Komitəsinin regional İstintaq Komitəsinin mətbuat xidmətinin məlumatına görə, qarpız oktyabrın 26-da tərəvəz satılan köşkdən alınıb. Ertəsi gün onu yedikdən sonra 58 yaşlı kişi və onun azyaşlı nəvələri özünü pis hiss ediblər.
Uşaqlar xəstəxanaya yerləşdirilib. Onlardan biri - beş yaşlı uşaq xəstəxanada dünyasını dəyişib. Müayinələrin nəticəsinə görə, uşaq zəhərli qastroenteritdən dünyasını dəyişib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, ikinci qurban, 11 yaşlı qız isə hələm də xəstəxanadadır.
Verilən məlumata görə, qarpız satılan köşkdən artıq bütün qarpızlar götürülüb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB