Qadını avtomobil vurub

Piyadanın ehtiyatsızlığı onun xəsarət alması ilə nəticələnib. SİA xəbər verir ki, hadisə Mehdiabad qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Hüseynova Süsən Əjdər qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsinin əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə