Hələlik 7 nəfərin öldüyü dəqiqdir...

Hələlik 7 nəfərin öldüyü dəqiqdir...

Bu gecə Belqorod vilayətində sərnişin dolu “Qazel” yanacaq daşıyan yük maşını ilə toqquşub.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu vilayətin qubernatoru Vyaçeslav Qladkov bildirib.

“...Şebekinski şəhər dairəsində dəhşətli qəza baş verib. İlkin məlumatlara görə, mişar zavodunun işçiləri növbədən evə qayıdırmışlar. Onları aparan “Qazel” yolun kənarında dayanmış yanacaq daşıyan maşınla toqquşub. Hazırda 7 nəfər öldüyü, 3 nəfərin isə yaralandığı məlum olub”.

Qeyd edək ki, bunu “başı qalmaqallı” qubernator Telegram kanalında yazıb.

Təcili yardım briqadaları artıq əraziyə yola düşüb, zərərçəkənlərə bütün lazımi tibbi yardım göstəriləcək, deyən Qladkov müavini Vladimir Bazarova yol polisi ilə birlikdə faciənin səbəblərini aradan qaldırmağı tapşırıb.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə