2020-ci il oktyabrın 28-i Ermənistan ordusu Bərdə şəhərinə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalardan istifadə edərək zərbələr endirib. Nəticədə aralarında uşaq və qadınlar da olmaqla 20 dinc sakin həlak olub, 82 mülki şəxs yaralanıb. Bu dəhşətli hadisədən artıq 2 il keçir.
Bərdə rayon sakini Mehriban Cəfərova və övladı düşmən tərəfindən atılan raketin hədəfinə tuş gəlib. Ailə üzvlərindən evin 30 yaşlı oğlu Amil Cəfərov həyatını itirib.
Qeyd edək ki, Bərdənin 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, 2-si uşaq olmaqla 29 nəfər qəsdən öldürülüb.
26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB