Laçın rayonunda polis ehtiyatsızlıqdan özünü güllələyib öldürüb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən SİA-ya bildirilib ki, bu gün Laçın RPŞ-nin əməkdaşı, polis serjantı İman Abbasov odlu silahla ehtiyatsız davranmağı nəticəsində açılan atəşdən xəsarət alıb.
Ona hadisə yerində ilkin tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB