Gədəbəyin Zəhmətkənd kəndində iki piyada və iki sərnişinin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili 7 yaşlı Y.A və daha bir azyaşlı piyadanı vurub.
Qəza zamanı avtomobildə olan sərnişinlər - C.O və S.P də xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib. Xəsarət alanlardan Y.A-nın vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB