Xırdalan şəhərində yaşlı kişi bıçaqlanıb. SİA xəbər verir ki, hadisə Xırdalan şəhər Heydər Əliyev prospektində yerləşən mənzillərin birində baş verib.
1959-cu il təvəllüdlü Ağstafa rayon sakini Müzəffər Həmid oğlu Qurbanov oğluna məxsus mənzildən çıxarkən naməlum şəraitdə bıçaqlanıb.
Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Fakt Abşeron Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB