Polis polkovnik-leytenantı rüşvət alarkən tutulub

Polis polkovnik-leytenantı rüşvət alarkən tutulub

Sankt-Peterburqda Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Daxili İşlər Nazirliyinin polkovnik-leytenantını rüşvət almaqda şübhəli bilərək saxlayıblar.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “78.ru” məlumat yayıb.

oktyabrın 25-i axşam saatlarında metronun “Novoçerkasskaya” stansiyasının yaxınlığında cinayət başında yaxalanıb. Hüquq-mühafizə orqanlarının nəzarətində olan iş adamı ona bir milyon rubl verib.

Deyilənlərə görə, aldığı pul mükafatı müqabilində polkovnik-leytenant ona daşınmaz əmlak əməliyyatında himayədarlıq edəcəkmiş.

Qeyd edək ki, həmən gün polkovnik-leytenantın 43 yaşı tamam olurmuş. “Fontanka” agentliyinin yazdığına görə, yaxınlarda cinayət işinin başlanması məsələsi həll olunur.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə