Gədəbəy rayonunun Maarif kəndində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. SİA-nın Qərb bürosunun məlumatına görə, yolu qarşı tərəfə keçmək istəyən Gədəbəy rayon sakini V.Qasımovu "VAZ-21011" markalı avtomobil vurub.
Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB