Şəmkir sakinini avtomobil vurub

Şəmkirdə piyadanın vurulması ilə nəticələn yol qəzası baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hərəkətdə olan minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən Azər Bayramovu vurub. Piyada xəstəxanaya yerləşdirilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə