Bakının Xətai rayonunda motosiklet qəzaya uğrayıb, 44 yaşlı sürücü xəsarət alıb. SİA-nın məlumatına görə, 1978-ci il təvəllüdlü Eyyubov İlqar Məhərrəm oğlunun idarə etdiyi motosiklet yol kənarındakı maneəyə çırpılıb.
Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sol baldır sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB