Kürdəmirdə piyada yol qəzasında ölüb

Kürdəmirdə piyada yol qəzasında ölüb

Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.

SİA APA-ya istinadən xəbər verir ki, hadisə bu gün gecə saatlarında Bakı-Qazax magistral yolunun Kürdəmir rayonunun Karrar kəndindən keçən hissəsində qeydə alınıb.

“Chevrolet” markalı minik maşını hələlik şəxsiyyəti məlum olmayan piyadanı vurub.

Ağır xəsarətlər alan piyada hadisə yerində ölüb.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat Şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə