Masallı sakinini qatar vurub

Ağstafada 22 yaşlı oğlanı qatar vurub. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Böyük Kəsik stansyasının yaxınlığında qeydə alınıb.

Masallı rayon sakini, 2000-ci il təvəllüdlü Əlizadə Abdullayevi dəmiryollu xəttini keçən zaman qatar vurub. Yaralı xəstəxanaya yerləşdirilib, vəziyyərinin ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə