Avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Avtomobil motosikletçini vuraraq xəsarət yetirib

Bakının Nərimanov rayonunda avtomobil motosikletçini vuraraq xəsarət yetirib. SİA-nın məlumatına görə, Ağa Nemətulla küçəsində 1999-cu il təvəllüdlü Vəlizadə Fuad Elşən oğlunun idarə etdiyi motosiklet avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət alan motosiklet sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə