Şəmkir sakini naməlum şəraitdə xəsarət alıb

Şəmkir sakini naməlum şəraitdə xəsarət alıb

Şəmkirdə kişi naməlum şəraitdə xəsarət alıb. SİA xəbər verir ki, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

1982-ci il təvəllüdlü Firuz Qarayev qarının kəsilmiş-deşilmiş yarası ilə xəstəxanaya yerləşdirilib. Xəstənin yarası tikilib, vəziyyətinin kafi olduğu bilirilir. Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə