Avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Avtomobil aşıb, 3 nəfər xəsarət alıb

Şəmkirdə yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil aşıb.

Qəza zamanı 2001-ci il təvəllüldü Eltun Məmmədli və daha iki nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə