37 yaşlı kişini avtomobil vurub

Sumqayıt şəhərində 37 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb. SİA-nın məlumatına görə, 1985-ci il təvəllüdlü Aslanov Qoşqar Şahmalı oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlifdərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə