Paytaxtda süpürgəçini avtomobil vurub

Paytaxtda süpürgəçini avtomobil vurub

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib. SİA xəbər verir ki, hadisə Bahar qəsəbəsində qeydə alınıb.

1983-cü il təvəllüdlü Hüseynova Nüşabə Camal qızı yolu süpürərkən onu minik avtomobili vurub. Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə