Yeniyetmənin ölümünə səbəb...döyülməsi olub?

Yeniyetmənin ölümünə səbəb...döyülməsi olub?

...”Müqəddəs göl”ün yaxınlığında tapılan 14 yaşlı moskvalının ölümünün təfərrüatları məlum oldu.

SİA “Moskovskiy komsomolest”ə istinadən xəbər verir ki, yeniyetmə öldürülüb,.. meyitdə çoxsaylı döyülmə izləri var.

Beləliklə, ölən şəxsin adı Daviddir. İstintaq artıq onun kiçik qardaşını dindirib, bundan sonra cinayətin ilk versiyası ortaya çıxıb. Qardaş etiraf edib ki, bir gün əvvəl Davud ona “böyük günaha görə oğlanlarla döyüşəcəyini” deyib və ondan valideynlərinə xəbər verməsini istəyib.

...Mümkündür ki, ölümlə sonunclanan dava baş verib. Sonradan çılpaq vəziyyətə salınan yeniyetmə yoldan keçənlər tərəfindən aşkar edilib. Tapılarkən bədəni yoqa vəziyyətində olub.

Qatillərin diri, yoxsa artıq ölmüş yeniyetməni zorakılığa məruz qoyduğu hələ aydın deyil.

Qeyd edək ki, bundan əvvəl Moskvanın Kosino-Uxtomski rayonunda 14 yaşlı yeniyetmənin meyitinin tapıldığı bildirilirdi.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə