Cəlilabad rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
SİA-nın məlumatına görə, Uzuntəpə kəndində iki minik avtomobili toqquşub. Nəticədə rayon sakini, 2001-ci il təvəllüdlü E.İsayev ağır xəsarət alıb.
Yaralı xəstəxanaya aparılıb. Qəza zamanı xəsarət almış daha bir nəfərə isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB