Gənc oğlan bıçaqlanaraq ağır vəziyyətə düşüb

Gənc oğlan bıçaqlanaraq ağır vəziyyətə düşüb

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi qeydə alınıb. SİA xəbər verir ki, hadisə Moskva prospektində kafelərin birində baş verib.

Belə ki, kafedə düşən dava zamanı 2002-ci il təvəllüdlü Osmanov Murad Rahim oğlunun bədəninə bir neçə bıçaq zərbəsi vurulub.

Yaralı ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin əməkdaşları araşdırma aparır.

Bütün xəbərlər Facebook səhifəmizdə