Yol qəzası olub, 5 nəfər yaralanıb

Yol qəzası olub, 5 nəfər yaralanıb

Cəlilabad rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib. SİA-nın Muğan bürosunun məlumatına görə, qəza Ələt-Astara avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan minik avtomobili yol kənarında dayanmış vəziyyətdə olan minik avtomobilinə çırpılıb.

Qəza nəticəsində 5 nəfərin xəsarət aldığı bildirilir. Hazırda yaralılardan birinin vəziyyəti ağır olduğu üçün cərahhi əməliyyat aparılır. Yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə