Sumqayıtda yanğın olub. SİA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 13-cü mikrorayonunda yerləşən kafelərin birində qeydə alınıb.
Hadisə yerinə 4 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Yanğın söndürülüb və digər ərazilərə keçməsinin qarşısı alınıb. Yaxınlıqdakı obyektlər yanğından mühafizə olunub. Xəsarət alan yoxdur.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB