Türkiyədə mədəndə partlayış baş verib

Türkiyədə mədəndə partlayış baş verib

Türkiyənin Bartın vilayətində yerləşən daş-kömür mədənində partlayış baş verib.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə Bartının Amasra rayonunda yerli vaxta 18:45-də meydana gəlib.

Bölgəyə çoxlu sayda təcili yardım maşınları göndərilib.

Yerin altında fəhlələrin olduğu bildirilir.

Hadisə ilə bağlı açıqlama verən Bartın valisi Nurtaç Aslan partlayışın səbəblərinin hələ bəlli olmadığını deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə