Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakıda kütləvi dava zamanı iki nəfər bıçaqlanıb

Bakının Nərimanov rayonunda kütləvi dava olub. SİA xəbər verir ki, Yusif Vəzir Çəmənzəminli küçəsində qeydə alınan hadisədə iki nəfər ağır bədən xəsarətləri alıb.

Belə ki, 1981-ci il təvəllüdlü Sadıqov Elməddin Kamal oğlu və onun dostu 1994-cü il təvəllüdlü Ağabalayev İdris Nazim oğlu bir nəçə nəfərlə dava zamanı bıçaqlanaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Həmin şəxslər Kliniki Tibbi Mərkəzə yerləşdirilərək cərrahi əməliyyat olunub.

Fakt araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə