29 yaşlı gənc bıçaqlanıb

Xaçmaz rayonunda bıçaqlanma baş verib. SİA-nın Şimal bürosunun xəbərinə görə, 1993-cü il təvəllüdlü Hacıyev Ayaz Nemət oğlu tanımadığı şəxslə mübahisə zamanı bıçaq xəsarəti alıb.

Yaralı Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə