Sumqayıtda sexdə baş vermiş yanğın söndürülüb.
SİA AZƏRTAC-a istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Sumqayıt şəhəri, 41-ci məhəllə, Çerkassi küçəsində yerləşən sexdə yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb olunub.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının şüşə istehsalı sexində baş verdiyi müəyyən olunub.
Yanğından mühafizə bölmələrinin operativ fəaliyyəti sayəsində yanğın genişlənməsinə imkan verilmədən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB