Moskvanın cənubunda atışma ilə kütləvi dava baş verib

Moskvanın cənubunda atışma ilə kütləvi dava baş verib

Paytaxtın cənubunda atışma ilə müşayiət olunan kütləvi dava “Moskva danışır və göstərir” Telegram kanalında yayımlanan videoda əks olunub. “Ştaer-Çertanovo” ticarət mərkəzinin girişində bir neçə nəfər yoldan keçənə hücum edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, prosesi izləyən şəxs silahını çıxararaq atəş açıb.

Şahidlərin sözlərinə görə, davadan sonra patrul xidməti və Milli Qvardiyanın iki ekipajı gəlib. Paytaxta gəlmələr hüquq-mühafizə orqanlarının əməkdaşları ilə qarşıdurmanı davam etdiriblər və nəticədə bütün şübhəlilər saxlanılıb.

Rusiya Daxili İşlər Nazirliyinin Moskva üzrə mətbuat xidmətindən “Moslenta”ya hazırda hadisənin səbəblərinin araşdırıldığı bildirilir.

Bundan əvvəl Moskvanın mərkəzində bir nəfərin “16 ton” klubuna atəş açması barədə məlumat yayılmışdı. Buna səbəb isə mühafizəçi ilə mübahisə olmuşdu.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə