"Hadisə ilə bağlı lazımi tədbirlər görülüb" - QURUM RƏSMİSİ DANIŞDI

"Hadisə ilə bağlı lazımi tədbirlər görülüb" - QURUM RƏSMİSİ DANIŞDI

Xəbər verdiyimiz kimi, Xətai rayonu, Əhmədli metrostansiyası yaxınlığında ağır qəza hadisəsi baş verib. "KamAz" markalı yük avtomobili ilə "57" nömrəli sərnişin avtobusu toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çırpılıb. Qəza nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb.

Məsələ ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli SİA-nın sorğusuna cavab olaraq bildirib ki, ərazi aidiyyatı üzrə əməkdaşlarımız hadisə yerində olub: "Hadisə ilə bağlı lazımi tədbirlər görülüb. Xəsarət alanların say tərkibi və dərəcələri ilə bağlı Səhiyyə Nazirliyindən ictimaiyyətə məlumat veriləcək. Qeyd edim ki, hazırda faktla bağlı araşdırma aparılır”.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə