Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub - FOTO

Bakıda sərnişin avtobusu ilə yük maşını toqquşub - FOTO

Xətai rayonu Əhmədli metrostansiyası yaxınlığında ağır qəza hadisəsi baş verib. SİA-nın verdiyi məlumata görə, "KamAz" markalı yük avtomobili ilə "57" nömrəli sərnişin avtobusu toqquşub. Daha sonra sərnişin avtobusu idarəetmədən çıxıb və yolun kənarındakı işıqfor dirəyinə çırpılıb. Qəza nəticəsində bir neçə sərnişin xəsarət alıb.

Hadisə yerinə təcili tibbi yardım avtomobili çağırılıb. Faktlar hadisə araşdırılır.

Arzu Qurbanlı

Bütün xəbərlər Facebook səhifəmizdə