Çelyabinsk Mərkəzi Rayon Məhkəməsinin hakimi Natalya Qubkanın oğlu narkotiklə saxlanılıb.
SİA-nın əldə etdiyi məlumata görə, bu barədə məlumatı rus saytlarına bir neçə həmsöhbət təsdiqləyib.
Məlum olub ki, ötən gecələrin birində o, küçədə patrul xidməti apararan PPX əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edilənlərə görə, küçə ilə gedən gəncin polisləri görüb əsəbləşməsi diqqət çəkib.
O, saxlanılıb. Şübhəlinin üzərində təxminən 0,5 qram mefedron aşkar edilib. Faktla bağlı Cinayət Məcəlləsinin 228-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.
Maraqlıdır ki, rayon Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidməti Arseni Qubkanın saxlanılması ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.
Mərkəzi Rayon Məhkəməsindən isə bu mövzu ilə bağlı məlumatlarının olmadığını, Nataliya Qubkanın hazırda məzuniyyətdə olduğunu bildiriblər.
...Burada işin maraqlı cəhəti bilirsiniz nədir? Saxlanılan gəncin özünün də məhkəmədə işləməsi. Amma o da maraqlıdır ki, məhkəmə işçisi necə olub ki, patrul xidməti apararan PPX əməkdaşlarının əlindən qurtula bilməyib?
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB