Laçın rayonunda silah-sursat aşkarlanıb

Laçın rayonunda silah-sursat aşkarlanıb

Laçının Zerti kəndi ərazisində silah-sursat aşkarlanıb.

Bu barədə SİA-ya DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan bildirilib.

Məlumata görə, Laçın Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Zerti kəndi ərazisində 1 ədəd tank mərmisi, 2 ədəd əl qumbarası və 379 ədəd patron aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə