Paytaxtda 3 avtomobil toqquşub - ölən var

Paytaxtda 3 avtomobil toqquşub - ölən var

Bakının Sabunçu rayonunda ağır yol qəzası baş verib. SİA xəbər verir ki, hadisə Kürdəxanı qəsəbəsi ərazisində qeydə alınıb.

"Chevrolet" markalı avtomobili idarə edən xanım sürücü sükana nəzarəti itirərək yol kənarında hərəkətsiz dayanan 1984-cü il təvəllüdlü Ümüdov Fəxri Mehman oğluna məxsus "Mitsubishi" markalı maşına çırpılıb. Zərbənin gücündən "Mitsubishi" hərəkətdə olan "Audi" markalı nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində hərəkətsiz avtomobilin sürücüsü F. Ümüdov hadisə yerində ölüb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə