21 yaşlı gənc qızı avtomobil vurub

21 yaşlı gənc qızı avtomobil vurub

Bakının Səbail rayonunda gənc qızın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, avtomobil yolu keçən 2001-ci il təvəllüdlü Kərimova Nərmin Samid qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb və həkim nəzarətinə götürülüb.

Hadisənin təfərrüatı araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə