Yanğında xəsarət alan 21 yaşlı oğlanın vəziyyəti ağırdır

Yanğında xəsarət alan 21 yaşlı oğlanın vəziyyəti ağırdır

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən yaşayış binasında baş verən yanğınla əlaqədar TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının 5 briqadası hadisə yerinə cəlb edilib. TƏBİB-dən SİA-ya verilən məlumata görə, hadisə nəticəsində xəsarət alan 1 nəfər Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub.

Bildirilib ki, xəsarət alan 2001-ci il təvəllüdlü Əliyev Toğrul Əfqan oğlunun bütün bədənin və tənəffüs yollarının III- IV dərəcəli yanığı ilə vəziyyəti ağır olaraq qiymətləndirilir: "Hadisə yerindəki həkim briqadaları tərəfindən 2 nəfərə (qadın) hipertenziya və stressə qarşı kəskin reaksiya diaqnozu ilə yerində zəruri ilkin tibbi yardım göstərilib".

Bütün xəbərlər Facebook səhifəmizdə