Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində beşmərtəbəli yaşayış binasında baş vermiş yanğında 1 nəfər yüngül xəsarət alıb, ölüm yoxdur. DİN-dən SİA-ya verilən məlumata görə, ərazidə Daxili İşlər Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən zəruri tədbirlər görülür. Sakinlərin təhlükəsizliyi təmin edilib.

Yanğın Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində qısa müddət ərzində məhdudlaşdırılıb.

*** 23.40 - Bakının Nizami rayonundakı yaşayış binasında baş verən yanğın söndürülüb. FHN-dən SİA-ya bildirib ki, ilkin ehtimala görə hadisə qaz sızması səbəbindən baş verib.

Hadisə nəticəsində ölən və xəsarət olan olmayıb.

*** 23.32 - Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında yanğınla nəticələnən partlayış hadisəsi baş verib. Bu barədə SİA-ya Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə