Bakıda avtomobildən 31 500 manat oğurlayan şəxs saxlanılıb. Bu barədə SİA-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.
Belə ki, Yasamal RPİ 28-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 3-nə keçən gecə Ş.Mehdiyev küçəsində “Hyundai” markalı bir avtomobildən 31.500 manat oğurlamaqda şübhəli bilinən paytaxt sakini Fərid Həsənov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB